Bakı metropoliteni vaqon parkının yenilənməsi işini davam etdirir.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Depolarla üzrə İş Departamentinin baş mühəndisi Aydın Bəkirov deyib.
Onun sözlərinə görə vaqon parkının hazırda 50 faizi yenilənib:
"Yəni, artıq xətdə olan iki qatarın biri yeni qatardır. Bu gün 3 qatar, ilin sonuna qədər isə daha 3 qatar xətdə buraxılacaq. Bununla da vaqon parkının tam 50 faizi yeni qatarlar olacaq".
A. Bəkirov bildirib ki, 2040-cı ilə qədər Bakı metropoliteninin vaqon parkı tam yenilənəcək.
İzah edib ki, hazırda xətdə olan ən köhnə qatarın istismar müddəti 2049-cı ildə başa çatır:
"Həmin qatar da xətdən çıxarılandan sonra vaqon parkı tam yeni qatarlardan ibarət olacaq".