Bakı metropoliteni vaqon parkının yenilənməsi işini davam etdirir.
Gundem.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Depolarla üzrə İş Departamentinin baş mühəndisi Aydın Bəkirov deyib.
Onun sözlərinə görə vaqon parkının hazırda 50 faizi yenilənib: "Yəni, artıq xətdə olan iki qatarın biri yeni qatardır. Bu gün 3 qatar, ilin sonuna qədər isə daha 3 qatar xətdə buraxılacaq. Bununla da vaqon parkının tam 50 faizi yeni qatarlar olacaq".
A. Bəkirov bildirib ki, 2040-cı ilə qədər Bakı metropoliteninin vaqon parkı tam yenilənəcək.
İzah edib ki, hazırda xətdə olan ən köhnə qatarın istismar müddəti 2049-cı ildə başa çatır: "Həmin qatar da xətdən çıxarılandan sonra vaqon parkı tam yeni qatarlardan ibarət olacaq". /Milli.Az