Bakı.Trend:
Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.
Trend-inməlumatına görə, Zərdab rayonunun Burunlu kəndi ərazisində yanğınhadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyənedilib.
Araşdırmalarla yanğının kənd sakini E.Hüseynov tərəfindəntörədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru ot vəkol-kos yanıb.
Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.