AZ

Naxçıvanda vergi ödəyicilərinin sayı 8 %-ə yaxın artdı

BAKI, 7 noyabr. TELEQRAF

Noyabrın 1-nə Naxçıvan üzrə uçotda olan 53.492 vergi ödəyicisinin 94.8 faizi fiziki şəxslər, 5,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 8 faiz, hüquqi şəxslərin sayı isə 4,7 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz artaraq 1.713 vahid olub. 2025-ci ilin yanvar - oktyabr aylarında kommersiya qurumlarının 86,9 faizi elektron, 13,1 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.

Seçilən
11
2
teleqraf.com

3Mənbələr