2025-ci ilin noyabr ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 53.492 vergi ödəyicisinin 94.8 faizi fiziki şəxslər, 5,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 8 faiz, hüquqi şəxslərin sayı isə 4,7 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz artaraq 1.713 vahid olub. 2025-ci ilin yanvar - oktyabr aylarında kommersiya qurumlarının 86,9 faizi elektron, 13,1 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.