AZ

Müxtəlif ölkələrin parlament sədrləri Sahibə Qafarovanın ünvanına Zəfər Günü münasibətilə təbriklər göndəriblər

ain.az, Newscenter.az saytına istinadən bildirir.

Azərbaycan Respublikası Milli Məclisinin və parlamentin spikeri Sahibə Qafarovanın ünvanına 8 noyabr – Zəfər Günü münasibətilə təbriklər gəlməkdə davam edir. Newscenter.az xəbər verir ki, Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç, Kamboca Krallığı Milli Assambleyasının sədri Xuon Sudari, Tolerantlıq və Sülh naminə Qlobal Şuranın sədri Əhməd Bin Məhəmməd Əlcərvan, Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin sədri Ziya Öztürkler, TÜRKPA-nın Baş katibi Ramil Həsən, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, İtaliya Deputatlar Palatasının sədr müavini Giorgio Mule, Malayziya Parlamenti Senatının sədr müavini, senator Nur Jazlan Mohamed, Macarıstan Parlamentinin vitse-spikeri Lezsak Sandor, Cənubi Afrika Respublikası Parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri Hon Supra Mahumapelo, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Marko Skurria və Senatın üzvü, senator Ernesto Rapani, İtaliya Parlamentinin üzvü Salvatore Kayata, İtaliya Deputatlar Palatasının üzvü Ettore Rosato, Argentina parlamentinin üzvü Marselo Paqano, Kamboca Milli Assambleyasında Azərbaycan üzrə dostluq qrupunun rəhbəri, Assambleyanın Beynəlxalq əlaqələr komitsəsinin sədri Sous Yara, Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun həmsədrləri Valeriy Koliux və Volodimir Krediyonko spiker Sahibə Qafarovaya ünvanladıqları məktublarda 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbriklərini, xalqımıza sülh və əmin-amanlıq arzularını çatdırır.Məktublarda, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinin əlamətdar hadisə kimi xalqımızın tarixinə qızıl hərflərlə yazıldığı, xalqımızın milli birliyinin, qətiyyəti və cəsarətinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına imkan verdiyi qeyd edilir.Həmçinin təbrik məktublarında münaqişənin həll olunmasının regiona sülh və sabitlik gətirdiyi diqqətə çatdırılır. Xüsusilə, bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, həmçinin, sülhə dair saziş layihəsinin paraflanmasından bir daha məmnunluq ifadə edilir və bu, onilliklərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addım kimi qiymətləndirilir.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
newscenter.az

4Mənbələr