Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Roma, 7 noyabr, AZƏRTAC
İtaliya Prezidenti Sercio Mattarella Romada Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə humanitar yardımlar və Qəzzanın yenidən qurulması, eləcə də bölgədə iki dövlətli həllin vacibliyi qeyd olunub.
Vurğulanıb ki, bu məqsədlərə çatmaq üçün HƏMAS-ın tərksilah edilməsi və ərəb ölkələrinin prosesdə güclü iştirakı vacibdir. Bölgədə iki dövlət, iki xalq həlli yolunda duran bütün maneələri aradan qaldırılmalıdır.
Fələstin və İtaliyanı birləşdirən böyük dostluğu qeyd edən Sercio Mattarella bildirib: “Gəlin iki dövlətlə konkret şəkildə irəliləyək, maneələri aradan qaldıraq. Fələstin Milli Hakimiyyəti İtaliya və beynəlxalq ictimaiyyət üçün tamamilə fundamental həmsöhbətdir”.
Mahmud Abbas isə Fələstinin müharibəyə, nifrətə və terrorizmə qarşı olduğunu qeyd edib.
Fələstin Prezidenti səfər çərçivəsində İtaliya Baş naziri Ciorcia Meloni ilə də görüşüb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.