AZ

İtaliya Prezidenti Romada fələstinli həmkarı ilə görüşüb

İtaliya Prezidenti Sercio Mattarella Romada Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə humanitar yardımlar və Qəzzanın yenidən qurulması, eləcə də bölgədə iki dövlətli həllin vacibliyi qeyd olunub.

Vurğulanıb ki, bu məqsədlərə çatmaq üçün HƏMAS-ın tərk-silah edilməsi və ərəb ölkələrinin prosesdə güclü iştirakı vacibdir. Bölgədə iki dövlət, iki xalq həlli yolunda duran bütün maneələri aradan qaldırılmalıdır.

Fələstin və İtaliyanı birləşdirən böyük dostluğu qeyd edən Sercio Mattarella bildirib: “Gəlin iki dövlətlə konkret şəkildə irəliləyək, maneələri aradan qaldıraq. Fələstin Milli Hakimiyyəti İtaliya və beynəlxalq ictimaiyyət üçün tamamilə fundamental həmsöhbətdir”.

Mahmud Abbas isə Fələstinin müharibəyə, nifrətə və terrorizmə qarşı olduğunu qeyd edib.

Fələstin Prezidenti səfər çərçivəsində İtaliya Baş naziri Ciorcia Meloni ilə də görüşüb.
Seçilən
5
3
sherg.az

4Mənbələr