ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Min ton ağırlığındakı Qazaxıstan taxılının ilk partiyası Ermənistana (Ayrım stansiyasına) çatıb.
Ölkə.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.
Onun sözlərinə görə, taxılın çatdırılması üçün Qazaxıstan- Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutundan istifadə edilib. Nazir qeyd edib ki, bu, Ermənistan və Azərbaycan arasında sülh gündəliyi kontekstində əldə olunan razılaşmalar sayəsində mümkün olub.
O, bir neçə gün əvvəl Ermənistana dəmir yolu ilə Rusiya taxılının çatdırıldığını xatırladıb.(report)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.