"Report" xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.
Onun sözlərinə görə, taxılın çatdırılması üçün Qazaxıstan- Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutundan istifadə edilib. Nazir qeyd edib ki, bu, Ermənistan və Azərbaycan arasında sülh gündəliyi kontekstində əldə olunan razılaşmalar sayəsində mümkün olub.
O, bir neçə gün əvvəl Ermənistana dəmir yolu ilə Rusiya taxılının çatdırıldığını xatırladıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31