AZ

“Bütün sənədləri ilin sonunadək…” – Paşinyan söz verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ nizamlanması ilə bağlı Azərbaycanla danışıqların tarixi ilə əlaqədar bütün əsas sənədləri 2025-ci ilin sonunadək dərc etməyi vəd edib.

KONKRET.az xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisynanın açıqlamalarına münasibət bildirən Paşinyan danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırladığını söyləyib:

“Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”.

Paşinyan Serj Sarkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini də vurğulayıb.

Seçilən
7
14
konkret.az

10Mənbələr