Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edəcəyini deyib.
Ermənistanın keçmiş prezidenti Serj Sarkisynanın açıqlamalarına münasibət bildirən Paşinyan danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırladığını söyləyib:
"Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”.
Paşinyan Serj Sarkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini də vurğulayıb.