AZ

"NEQSOL Holding" şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Bakı. Trend:

"NEQSOL Holding" şəhid ailələrinə və qazilərə dəstək məqsədilə“YAŞAT” Fondu ilə əməkdaşlığını davam etdirir.

Holdinq tərəfindən “YAŞAT” Fonduna ayrılmış vəsait hesabına2025-ci il ərzində 710 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhidailəsinə tibbi xidmətlərin və təhsil xərclərininmaliyyələşdirilməsi formasında sosial dəstək göstərilib.

Həmçinin, 2000-dən çox şəhid övladına "NEQSOL Holding"in dəstəyiilə “YAŞAT” Fondunun təşkil etdiyi sosial layihələr çərçivəsindəmüxtəlif formada dəstək göstərilib.

“Məktəb Ləvazimatları ilə Təminat” layihəsi çərçivəsində2025-2026-cı tədris ili üzrə 1467 şəhid övladı bir illik məktəbləvazimatları ilə təmin edilib. Layihə uşaqların təhsil prosesinədəstək məqsədi ilə həyata keçirilib.

Holdinq həmçinin 2025-ci ilin yay aylarında Lənkəran şəhərində10-17 yaşda olan 457 şəhid övladının iştirakı ilə 4-cü “YAŞAT”düşərgəsi layihəsinə dəstək göstərib. Düşərgədə uşaqların asudəvaxtlarının səmərəli təşkili, fiziki və mənəvi inkişafına yönəlmişmüxtəlif təlim və əyləncə proqramları keçirilib.

Holdinq dəstəyi ilə Birləşmiş Krallıqda Yay Məktəbi də təşkiledilib. Ölkə üzrə ümumtəhsil məktəblərinin 9-cu sinif buraxılışimtahanlarında yüksək nəticə göstərmiş 10 şəhid övladı Londonşəhərində 2 həftə ərzində beynəlxalq mühitdə təhsil, dil vəmədəniyyət təcrübəsi qazanıb.

2025-ci ildə həmçinin “Hədiyyə Karvanı” layihəsi çərçivəsində1673 şəhid övladına hədiyyə qutuları təqdim olunub. Layihəuşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq və onlara mənəvi dəstəkgöstərmək məqsədi daşıyıb.

"NEQSOL Holding" “YAŞAT” Fondu ilə əməkdaşlığını davam etdirir.2021-ci ildən etibarən və hazırkı istifadə olunan məbləğ də daxilolmaqla, Holdinqin qərarı ilə tərkibindəki "Bakcell", "Norm","Azerconnect Grou"p və "Nobel Energy" şirkətləri “YAŞAT” Fondunaümumilikdə 3,7 milyon manat vəsait ayırıb.

"NEQSOL Holding" Zəfər Günü münasibətilə Azərbaycan xalqınıtəbrik edir, sülh, əmin-amanlıq və firavanlıq kimi ən xoşarzularını çatdırır.

"NEQSOL Holding" 11 ölkədə telekommunikasiya, enerji, yüksəktexnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyətgöstərən beynəlxalq şirkətlər qrupudur.

Seçilən
23
6
az.trend.az

7Mənbələr