AZ

Xocavənddə evlərin təmirinə 2,3 milyon xərclənəcək

BAKI, 8 noyabr. TELEQRAF

Xocavənd rayonunun Qarqar kəndində fərdi yaşayış evləri təmir ediləcək.

Teleqraf xəbər verir ki, ümumi sahəsi 6 732 kvadratmetr olan 40 evin bərpası planlaşdırılır.

Bununla bağlı Ağdam , Füzuli VƏ Xocavənd RayonlarındaBərpa ,Tikinti və İdarəetməXidmətiPublik Hüquqi Şəxsi RTS-TİKİNTİ-TƏMİR MMC ilə 2 milyon 356 min 200,81 manat dəyərində müqavilə imzalayıb.

Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Məlumat üçün bildirək ki, “RTS-TİKİNTİ-TƏMİR” MMC 2021- ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Tənifəyev Adəm Ələsgər oğludur.

Seçilən
35
3
teleqraf.com

4Mənbələr