AZ

Xocavənddə bu işlərə 2,3 milyon xərclənəcək

Xocavənd rayonunun Qarqar kəndində fərdi yaşayış evləri təmir ediləcək.

NOCOMMENT.az Teleqraf-a istinadən xəbər verir ki, ümumi sahəsi 6 732 kvadratmetr olan 40 evin bərpası planlaşdırılır.

Bununla bağlı Ağdam , Füzuli VƏ Xocavənd Rayonlarında Bərpa ,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi RTS-TİKİNTİ-TƏMİR MMC ilə 2 milyon 356 min 200,81 manat dəyərində müqavilə imzalayıb.

Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Məlumat üçün bildirək ki, “RTS-TİKİNTİ-TƏMİR” MMC 2021- ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Adəm Ələsgər oğlu Tənifəyevdir.

Seçilən
3
3
nocomment.az

4Mənbələr