AZ

Paradda ilk dəfə İnsansız Sistem Qoşunlarının parad heyəti keçid etdi

Noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən Hərbi paradda ilk dəfə ən müasir qoşun növü olan İnsansız Sistem Qoşunlarının parad heyəti keçid edib.

Publika.az xəbər verir ki, parad heyətinə “Vətənə xidmətə görə” ordenli polkovnik Adəm Hüseynov başçılıq edib.

Qeyd edək ki, Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.

Seçilən
12
10
publika.az

10Mənbələr