AZ

Zəfər paradında ilk dəfə ən müasir qoşun növü olan İnsansız Sistem Qoşunları parad heyəti keçid edibVİDEO

Noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən Hərbi paradda ilk dəfə ən müasir qoşun növü olan İnsansız Sistem Qoşunları parad heyəti keçid edib.

Xezerxeber.az xəbər verir ki, parad heyətinə “Vətənə xidmətə görə” ordenli polkovnik Adəm Hüseynov başçılıq edib.

Qeyd edək ki, Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.

Seçilən
8
2
xezerxeber.az

10Mənbələr