AZ

Ozan Can Kökçü “NAK Breda” üzərində qələbəyə sevindi

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 12-ci turunda “NAK Breda” ilə qarşılaşıb.

“Volendam” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Son oyunları zədə səbəbindən buraxmalı olmuş Ozan bu görüşün 69-cu dəqiqəsində meydana buraxılıb.

“Volendam” 12 turdan sonra 13 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Ozan bu oyunların 11-də iştirak edib, 1 qol vurub.

Xatırladaq ki, Özan Can Kökçü bu ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
6
4
arena.az

10Mənbələr