Futbol üzrə Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunlar üçün heyəti açıqlanıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, millimiz noyabrın 10-dan 17-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq. Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya yığmasına, noyabrın 16-da isə Tofiq Bəhramov adəna Respublika Stadionunda Fransa seçməsinə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb. O, bütövlükdə 26 futbolçuya dəvət göndərib.
Millinin heyətini nəzərinizə çatdırırıq:
- Şahrudin Məhəmmədəliyev – Qarabağ
- Aydın Bayramov – Zirə
- Rza Cəfərov – Neftçi
- Səlahət Ağayev – Qəbələ
- Anton Krivotsyuk – Daejon (Cənubi Koreya)
- Bəhlul Mustafazadə – Qarabağ
- Elvin Bədəlov – Neftçi
- Bədavi Hüseynov – Qarabağ
- Rəhman Daşdəmirov – Sabah
- Abbas Hüseynov – Qarabağ
- Cəlal Hüseynov – Arda (Bolqarıstan)
- Qismət Alıyev – Zirə
- Rüfət Abbasov – Şamaxı
- Elvin Cəfərquliyev – Qarabağ
- Emin Mahmudov – Neftçi
- Mustafa Əhmədzadə – Araz-Naxçıvan
- Səbuhi Abdullazadə – Sumqayıt
- Abdulla Xaybullayev – Sabah
- Xəyal Əliyev – Sabah
- Toral Bayramov – Qarabağ
- Ceyhun Nuriyev – Zirə
- Rüstəm Əhmədzadə – Sumqayıt
- Anatoli Nuriyev – Sabah
- Rüfət Abdullazadə – Varajdin (Xorvatiya)
- Renat Dadaşov – Motor (Polşa)
- Nəriman Axundzadə – Qarabağ
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!

