AZ

Şuşa əməliyyatının yeni detalları - XTQ üzvü gizlinləri AÇDI

Azərbaycan Ordusu Vətən müharibəsində yeni nəsil döyüş texnikasından istifadə edərək hərbi gücünü nümayiş etdirdi.

Əməliyyatlar arasında ən çətini və əhəmiyyətlisi Şuşanın alınması idi.

Redaktor.az xəbər verir ki, Şuşa fatehlərindən biri olan Ümman Baxşəliyev 5 il əvvəl döyüş meydanında baş verənləri xatırlayır:

"Bizim tapşırığımız Laçından və Xankəndidən gələn düşmən qüvvələrini məhv etmək və onların yolunu bağlamaq idi. Düşmənin ağlına gəlməyən yollardan istifadə etmək əməliyyatın effektivliyini artırdı", - deyə o bildirib.

Erməni silahlı birləşmələri üç tərəfdən mühasirəyə alındıqlarını bildikdə isə artıq iş-işdən keçmişdi.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

 

Seçilən
1
11
redaktor.az

10Mənbələr