KONKRET.az xəbər verir ki, əməliyyatlar arasında ən çətini və əhəmiyyətlisi Şuşanın alınması idi.
Şuşa fatehlərindən biri olan Ümman Baxşəliyev 5 il əvvəl döyüş meydanında baş verənləri xatırlayır:
“Bizim tapşırığımız Laçından və Xankəndidən gələn düşmən qüvvələrini məhv etmək və onların yolunu bağlamaq idi. Düşmənin ağlına gəlməyən yollardan istifadə etmək əməliyyatın effektivliyini artırdı”, – deyə o bildirib.
Erməni silahlı birləşmələri üç tərəfdən mühasirəyə alındıqlarını bildikdə isə artıq iş-işdən keçmişdi.