AZ

Tramp siyasi müttəfiqlərini əfv edib

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp 2020-ci il seçkilərinin nəticələrinə etiraz  cəhdində ittiham olunan və ya istintaq altında olan bir neçə siyasi müttəfiqinin əfv edilməsi barədə sərəncam imzalayıb.

Bu barədə sənədi  ABŞ Ədliyyə Nazirliyinin Əfv Administratoru Ed Martin X sosial media platformasında dərc edib.

Siyahıya Trampın yaxın çevrəsindən bir neçə görkəmli şəxs, o cümlədən keçmiş vəkili Rudi Culiani, vəkil Sidni Pauell və Ağ Evin keçmiş aparat rəhbəri Mark Medouz daxildir. Sərəncam ümumilikdə onlarla insanı əhatə edir.

Sərəncamda deyilir ki, “bu qərar 2020-ci il prezident seçkilərindən sonra Amerika xalqına qarşı törədilən ağır ədalətsizliyə son qoyur və milli barışığa doğru bir addımdır”. Sənəd 7 noyabr tarixinə malikdir və prezidentin imzası var.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
6
azpost.info

7Mənbələr