AZ

Trampın əfv edəcəyi hinduşkalar seçildi - Foto

ABŞ vətəndaşları ABŞ Prezidenti Donald Trampın Şükran Günü üçün əfv edəcəyi iki hinduşkanı seçiblər.

Publika.az xəbər verir ki, Ağ Ev səsvermənin nəticələrini "X" sosial media səhifəsində paylaşıb.

Qobbl və Uoddl adlı hinduşkalar əfv ediləcək.

Məlumata görə, həmin quşlar Şimali Karolinanın Nahunta şəhərində yetişdirilib. Hinduşkalar Vaşinqtona çatanda onlara "Willard InterContinental" otelində "lüks bir qonaqlıq" verilib.

Əfv mərasimindən sonra quşlar Şimali Karolina Dövlət Universitetinin quşçuluq şöbəsinin himayəsində qalacaqlar.

Seçilən
45
6
publika.az

7Mənbələr