AZ

Niaqara şəlaləsi yenidən Azərbaycan bayrağı rəngində

Ajans.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. “Niaqara şəlaləsinin üçrəngli  bayrağımızın rənglərində işıqlandırılması həm Azərbaycanın milli rəmzlərinə hörmətin, həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının təzahürü kimi qiymətləndirilir. Bu cür aksiyaların həyata keçirilməsi diasporumuzun fəallığının bariz nümunəsi, həmrəyliyimizin güclənməsi və milli kimliyimizə olan sevginin qorunub saxlanılmasıdır. Niaqara dünyaca məşhur bir təbiət möcüzəsidir, onun Azərbaycan bayrağının rənglərində işıqlandırılması simvolik xarakater daşıyır, eyni zamanda, dünya azərbaycanlılarının mənəvi birliyinə təsir edən əhəmiyyətli hadisə hesab olunur”, - qurumdan bildirilib. Qeyd edilib ki, Niaqara şəlaləsinin üçrəngli bayrağımızın rənglərində işıqlandırılması son illər dəfələrlə həyata keçirilən bir aksiyadır. https://t.me/Ajansaz_official
Seçilən
9
9
Ajans.az

10Mənbələr