AZ

Niaqara şəlaləsi Azərbaycan bayrağı rəngində işıqlandırılıb

Niaqara
Kanadada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin, Kanada Azərbaycan Evinin və Azərbaycan Kanadadakı səfirliyinin birgə təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə Niagara şəlaləsi üçrəngli bayrağımızın rənglərində işıqlandırılıb. 1news.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
“Niaqara şəlaləsinin üçrəngli bayrağımızın rənglərində işıqlandırılması həm Azərbaycanın milli rəmzlərinə hörmətin, həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının təzahürü kimi qiymətləndirilir. Bu cür aksiyaların həyata keçirilməsi diasporumuzun fəallığının bariz nümunəsi, həmrəyliyimizin güclənməsi və milli kimliyimizə olan sevginin qorunub saxlanılmasıdır. Niaqara dünyaca məşhur bir təbiət möcüzəsidir, onun Azərbaycan bayrağının rənglərində işıqlandırılması simvolik xarakater daşıyır, eyni zamanda, dünya azərbaycanlılarının mənəvi birliyinə təsir edən əhəmiyyətli hadisə hesab olunur”, - qurumdan bildirilib. Qeyd edilib ki, Niaqara şəlaləsinin üçrəngli bayrağımızın rənglərində işıqlandırılması son illər dəfələrlə həyata keçirilən bir aksiyadır.
Seçilən
4
9
1news.az

10Mənbələr