AZ

Muxtar Babayev COP30 un açılışını etdi FOTO

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

COP29-un prezidenti Muxtar Babayev Belemdə keçirilən COP30 konfransının açılışını edərək iqlim maliyyələşməsi sahəsində hesabatlılığa çağırış edib.Demokrat.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkə hesabında paylaşım edilib.Bildirilir ki, Babayev donor ölkələrə COP29-da Bakıda razılaşdırılmış tarixi "Bakı Maliyyə Məqsədi" də daxil olmaqla, iqlim maliyyələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edən "hesab-faktura" təqdim edib. Bu sənəd "İqlim Ədaləti üçün COP29 Hesab-Fakturası" adlanır və onun tam şəkildə icra olunması tələb olunur.Sənədə əsasən beynəlxalq donor ölkələr bir sıra maliyyə öhdəliklərini yerinə yetirməlidirlər. Belə ki, adaptasiya maliyyəsi ikiqat artırılmalıdır - illik 40 milyard ABŞ dolları, UNFCCC iqlim fondları 2030-dək üçqat artırılmadır - illik 5,1 milyard ABŞ dolları.Məlumata əsasən, bütün göstərilən məbləğlər minimum hədd hesab olunur. Öhdəliklər yerinə yetirilməsə, zərər və itkilər, qlobal qeyri-sabitlik, ekstremal hava hadisələri, ərzaq sistemlərinin çökməsi, əhalinin köçü və miqrasiyası, etimadın itirilməsi kimi fəsadlar baş verə bilər.

 

COP29 President Mukhtar Babayev opened COP30 in Belém, issuing a powerful call for accountability on climate finance.He presented donors with an invoice that calls for the delivery of climate finance commitments, including the historic Baku Finance Goal agreed at COP29 last… pic.twitter.com/wXvGqSmB6g

— COP29 Azerbaijan (@COP29_AZ) November 10, 2025

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
5
demokrat.az

10Mənbələr