COP29-un prezidenti Muxtar Babayev Belendə keçirilən COP30 konfransının açılışını edərək iqlim maliyyələşməsi sahəsində hesabatlılığa çağırış edib.
“İki sahil” xəbər verir ki, bu barədə COP29 "X" hesabında paylaşım edilib.
M.Babayev donor ölkələrə COP29-da Bakıda razılaşdırılmış tarixi "Bakı Maliyyə Məqsədi" də daxil olmaqla, iqlim maliyyələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edən "hesab-faktura" təqdim edib.
Bu sənəd "İqlim Ədaləti üçün COP29 Hesab-Fakturası" adlanır və onun tam şəkildə icra olunması tələb olunur.
Sənədə əsasən beynəlxalq donor ölkələr bir sıra maliyyə öhdəliklərini yerinə yetirməlidirlər. Belə ki, adaptasiya maliyyəsi ikiqat artırılmalıdır – illik 40 milyard ABŞ dollar, UNFCCC iqlim fondları 2030-dək üçqat artırılmadır – illik 5,1 milyard ABŞ dollar.
Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsait səfərbər olunmalıdır.
Məlumatda qeyd edilib ki, bütün göstərilən məbləğlər minimum hədd hesab olunur. Öhdəliklər yerinə yetirilməsə, zərər və itkilər, qlobal qeyri-sabitlik, ekstremal hava hadisələri, ərzaq sistemlərinin çökməsi, əhalinin köçü və miqrasiyası, etimadın itirilməsi kimi fəsadlar baş verə bilər.
COP29 President Mukhtar Babayev opened COP30 in Belém, issuing a powerful call for accountability on climate finance.
— COP29 Azerbaijan (@COP29_AZ) November 10, 2025
He presented donors with an invoice that calls for the delivery of climate finance commitments, including the historic Baku Finance Goal agreed at COP29 last… pic.twitter.com/wXvGqSmB6g