AZ

Neftçala bazarında baş verən yanğın söndürülüb

Neftçala şəhər ərazisində yerləşən bazarda yanğın hadisəsi qeydə alınıb.

“İki sahil” xəbər verir ki, saat 20 radələrində bazar ərazisində yerləşən və ümumi sahəsi 300 kvadratmetr olan 3 mağazada yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin Neftçala rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülüb və yanğın söndürülüb. Hadisə nəticəsində ümumilikdə 100 kvadratmetr sahə yanıb, 200 kvadratmetr sahə mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
7
ikisahil.az

8Mənbələr