AZ

Neftçalada bazarda yanğın

Neftçala şəhəri ərazisində yerləşən bazarda yanğın olub.

“Qafqazinfo”nun xəbərinə görə, axşam saat 20 radələrində bazar ərazisində yerləşən və ümumi sahəsi 300 kvadratmetr olan 3 mağazada yanğın başlayıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülüb və yanğın söndürülüb.

Hadisə nəticəsində ümumilikdə 100 kvadratmetr sahə yanıb, 200 kvadratmetr sahə isə mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
7
sitat.info

8Mənbələr