AZ

"Zəfər ruhu" şəhid ailələrinə dəstək proqramı keçirilən yekun tədbirlə başa çatdı

44 günlük Vətən müharibəsinin 5 illiyi, 8 Noyabr - Zəfər Günü münasibətilə Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Zəfər ruhu: Şəhid ailələri üçün həmrəylik və psixososial dəstək proqramı” başa çatıb.

UNİBANK-ın baş sponsorluğu, JBA Qrupun sponsorluğu ilə baş tutan və şəhid ailələrinin psixoloji rifahının və sosial dayanıqlığının gücləndirilməsinə yönəlmiş layihə 8 oktyabr - 8 noyabr tarixlərini əhatə edib. Bu müddət ərzində on beş şəhidin həyat yoldaşları və övladları ilə fərdi psixoloji seanslar, eləcə də qrup terapiyaları yerinə yetirilib. Eyni zamanda, şəhid qəhrəmanlarımızın ailələri ziyarət olunub, onlarla dərin mənəvi-psixoloji söhbətlər aparılıb, eləcə də ev mühitinə uyğunlaşdırılmış terapiya və meditasiya seansları həyata keçirilib.

Proqramın sonunda iştirakçılar bir araya gətirilərək, Zəfər Gününə həsr olunmuş "Zəfər ruhu” adlı tədbir təşkil olunub. Tədbir çərçivəsində layihənin mahiyyətinə uyğun olaraq şəhid ailələrinin duyğularını, həyat gücünü və birliyini ifadə etməyə imkan yaradan müxtəlif fəaliyyətlər reallaşdırılıb və ictimai həmrəylik nümayiş etdirilib.

Qeyd edək ki, layihəyə Sevinc Fədai rəhbərlik edib, proqramın psixoloq və pedaqoqlardan ibarət heyətinə isə Sevda Bəşirli, Vüsalə Mustafayeva, Rübabə Mərdanova, Nərmin Şahverdiyeva və Nigar Əhmədova daxil olub.

Seçilən
6
2
aznews.az

10Mənbələr