Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Sosial mediada 94 yaşlı qadının 81 il sevdiyi kişi ilə vidalaşma anlarını əks etdirən video böyük maraq və duyğu ilə qarşılanıb.
Milli.Az xəbər verir ki, cütlüyün nəvəsinin sözlərinə görə, baba və nənə hələ 13 yaşlarından bir-birlərinə aşiq olublar və münasibətlərini 81 il boyunca qoruyublar.
Hər ikisi 94 yaşında olan yaşlı cütlük ömürlərini birlikdə keçirib. Lakin qadın son illər demansiya xəstəliyindən əziyyət çəkdiyi üçün bir çox xatirələrini unudub.
Ancaq bir gün o, illərdir yanından ayrılmayan həyat yoldaşını xatırlayıb və onu xəstəxanada ziyarət edib. Qadın ərinə ürək sözlərini söyləyərək onunla duyğulu şəkildə vidalaşıb.
Bu təsirli görüşdən cəmi bir gün sonra isə kişi dünyasını dəyişib.
İnternet istifadəçiləri videonu "əsr sevgisi" və "saf məhəbbətin simvolu" adlandıraraq minlərlə paylaşım ediblər.
Musa
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.