AZ

Yuriç qovuldu

İtaliyanın "Atalanta" futbol klubu baş məşqçi İvan Yuriçlə yollarını ayırdığını elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, komandadan həmçinin Matteo Paro, Migel Veloso, Paolo Barbero, Stjepan Ostojiç və Mikele Orecchio da ayrılıblar.

Yuriç 2025-ci ilin yayında Can Pyero Qasperini "Roma"ya keçdikdən sonra "Atalanta"nın baş məşqçisi vəzifəsini icra etməyə başlamışdı.

Komanda A Seriyasında son səkkiz matçda cəmi altı xal toplayıb. "Atalanta" "Udineze"yə (0:1) və "Sassuolo"ya (0:3) məğlub olub, digər altı oyunda isə heç-heçə nəticəsi qeydə alınıb.

Milli.Az

Seçilən
6
1
milli.az

10Mənbələr