AZ

Papoyan: Azərbaycan vasitəsilə gətiriləcək buğdanı əvvəlcə özüm yeyəcəm

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Yeri gəlmişkən, vətəndaşın dediyi rusun 3-cü sort buğdası artıq un, sonra çörəyə çevrilib və biz hamımız yemişik. Və gördüyünüz kimi heç kim zəhərlənməyib".

Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkə hesabında yazıb.

Papoyan yazıb: "1000 ton bizim hər gün istehlak etdiyimizdən çox azdır".

Qeyd edək ki, bu paylaşımdan əvvəl istifadəçilərdən biri Papoyandan Azərbaycandan gələn buğdanın zəhərli olub-olmadığını haradan bildiyini soruşmuşdu və nazir buna belə cavab vermişdi: “Əvvəlcə o buğdanı özüm yeyəcəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
5
sherg.az

8Mənbələr