AZ

Güclü ordu, güclü ittifaq: Zəfər paradı regional güc balansını dəyişdi”

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bakıda keçirilən möhtəşəm Zəfər paradından sonra üç müttəfiq ölkənin  Azərbaycan, Türkiyə və Pakistanın, eləcə də paradda iştirak edən digər dövlətlərin artan hərbi qüdrəti və geostrateji mövqeyi bir çox əks qüvvələrə aydın mesaj oldu”.Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib.O əlavə edib ki, ordunun güclü olması postmüharibə dövründə son dərəcə önəmli faktordur:“Güclü ordu və güclü ittifaqlar regional təhlükəsizlik və sabitliyin əsas təminatıdır. Burada xüsusilə Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur. Belə bir mega layihə qlobal investisiyaların bölgəyə cəlbini də hədəfləyir. Bu baxımdan, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi hərbi-siyasi əməkdaşlıq regional mühitin sabitliyini qorumağa yönəlib və kifayət qədər adekvat addımdır. Paraddan sonra bəzi qüvvələrin narahatlığı və müxtəlif istiqamətlərdə mesajlar verməyə çalışması da bu güc nümayişinə reaksiyadır. Müəyyən hərbi qəzalar baş verə bilər. Lakin r Türkiyəyə məxsus yük təyyarəsinin naməlum şəraitdə qəzaya uğraması, SOS siqnalının qeydə alınmaması kimi məqamlar müəyyən suallar doğurur. Qəzanın Azərbaycanın daxilində deyil, digər ölkə ərazisində baş verməsi və həmin bölgənin geosiyasi həssaslığı diqqətdən qaçmamalıdır”.O qeys edib ki, Pakistanda baş verən partlayışı nəticəsində onlarla mülki şəxsin həlak olması, Hindistanda oxşar hadisənin qeydə alınması və bunların eyni zaman kəsiyində baş verməsi müəyyən paralelləri gündəmə gətirir:“Bu, Hindistan–Pakistan xəttində yeni gərginlik planlarının işarəsi ola bilər. Gədəbəy istiqamətində Ermənistan ordusunun sərhəd xəttində möhkəmlənməsi, yeni silahların yerləşdirilməsi və sərhədyanı kəndlərdə təxribatların artması da diqqət çəkir. Bütün bu hadisələr birgə götürüldükdə, görünür ki, üç müttəfiq ölkəyə Azərbaycan, Türkiyə və Pakistana eyni anda xəbərdarlıq xarakterli siqnallar verilməyə çalışılır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
185
8
demokrat.az

9Mənbələr