AZ

“Bu üçtərəfli əməkdaşlıq artıq təkcə regional deyil, qlobal səviyyədə də öz təsirini göstərməkdədir”

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu üçtərəfli əməkdaşlıq artıq təkcə regional deyil, qlobal səviyyədə də öz təsirini göstərməkdədir”“Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 qəzası ilə bağlı istintaq orqanları tərəfindən araşdırma aparılır. Belə bir mərhələdə məsələnin mahiyyəti tam aydınlaşmamışkən konkret nəticələr çıxarmaq və ya versiyalar üzərində qəti fikir söyləmək düzgün olmazdı. Hadisənin səbəbləri araşdırılır və bütün ehtimallar texniki nasazlıq, təbiət hadisəsi və ya digər mümkün amillər nəzərdən keçirilir”. Bu sözləri Demokrat.az-a açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib.O əlavə edib ki, hər bir versiya hüquq-mühafizə orqanları tərəfindən obyektiv şəkildə araşdırıldıqdan sonra hadisənin səbəbləri tam şəkildə üzə çıxacaq:“Bu kimi hadisələr, təbii ki, ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb ola bilər. Xüsusilə də, Azərbaycan-Türkiyə-Pakistan ittifaqının son illərdə güclənməsi, strateji və hərbi əməkdaşlığın artması və regionda yeni güc balansının formalaşması bəzi dairələri narahat edə bilər. Bu üçtərəfli əməkdaşlıq artıq təkcə regional deyil, qlobal səviyyədə də öz təsirini göstərməkdədir. Yaxın keçmişdə Bakıda keçirilən Zəfər paradı da bu güc birliyinin simvoluna çevrildi. Həm Azərbaycan, həm də Türkiyə və Pakistan hərbçilərinin iştirakı ilə baş tutan bu tədbir, müttəfiqlik münasibətlərinin daha da dərinləşdiyini göstərdi. Bu cür hadisələr, təbii olaraq, müəyyən dairələrin diqqətini çəkə bilər və müxtəlif spekulyasiyalara səbəb ola bilər. Ancaq bir məqamı açıq şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə münasibətləri sarsılmazdır və heç bir qüvvə bu qardaşlığı zəiflədə bilməz”.Politoloq bildirib ki, əksinə, yaşanan istənilən çətinlik və ya təxribat cəhdi bu ittifaqın daha da güclənməsinə səbəb olacaq:“Bu münasibətlər təsadüfi deyil, tarixi, mədəni və strateji təmellərə söykənir. Hazırkı mərhələdə isə hadisə ilə bağlı bütün ehtimallar diqqətlə araşdırılmalı, nəticələr tam şəkildə ortaya çıxmadan əvvəl fərziyyələrlə çıxış etməkdən çəkinmək lazımdır. İstintaq yekunlaşdıqdan sonra məsələ ilə bağlı ictimaiyyətə də ətraflı və rəsmi məlumat təqdim olunacaq və həmin vaxt bu hadisənin əsl mahiyyəti aydın olacaq”.Leyla Turan 

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
117
8
demokrat.az

9Mənbələr