AZ

Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin “qara qutusu” Türkiyəyə gətirildi — səbəblər araşdırılır

 

Musavat.com xəbər verir ki, dünən Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli hərbi nəqliyyat təyyarəsinin “qara qutusu” Türkiyəyə gətirilib.

Məlumata görə, “qara qutu” üzərində təhlükəsiz şəraitdə texniki araşdırmalar aparılacaq və qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza işləri Türkiyədə davam etdiriləcək.

Hadisə ilə bağlı həm Türkiyə Müdafiə Nazirliyi, həm də Gürcüstan rəsmiləri birgə araşdırma aparır. 

***

Musavat.com xəbər verir ki, Azərbaycandan Türkiyəyə uçan Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində 20 hərbçi şəhid olub.

Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməsə də, qəza yerində xilasetmə və araşdırma işləri davam edir. Rəsmi mənbələrin məlumatına görə, təyyarənin “qara qutusu”na artıq çatılıb və o, araşdırma üçün Türkiyəyə gətirilib. Qutunun üzərində xüsusi ekspert qrupu tərəfindən təhlillər aparılacaq.

Eyni zamanda, enkaz sahəsində ön ekspertiza və ilkin hesabat hazırlığı davam edir. Toplanan hissələrin Kayseridəki hərbi bazaya gətirilərək texniki baxışdan keçiriləcəyi bildirilib.

Rəsmi qurumlar qəzaya səbəb olan amillərin müəyyənləşdirilməsi üçün ətraflı və çoxşaxəli araşdırmanın başladıldığını təsdiqləyiblər.

 

Musavat.com

Seçilən
37
50
musavat.com

10Mənbələr