AZ

“Qarabağ” və "Neftçi" azarkeşlərinə görə cərimələndi

AFFA “Qarabağ” və “Neftçi”ni azarkeşlərinə görə cərimələyib.
 
Moderator.az xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar qəbul edib.
 
Belə ki, Premyer Liqanın XI turun “Qarabağ” – “Neftçi” oyununun 90-cı dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə 6000 manat cərimə edilib.
 
Bundan başqa, “Neftçi”nin azarkeşləri də matçın 84-cü dəqiqəsində meydançaya kənar əşya atıb və və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə paytaxt klubu 3500 manat cərimə edilib.
 
Eyni zamanda, “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə bakılılar 7000 manat cəriməyə məruz qalıb.
Seçilən
27
4
moderator.az

5Mənbələr