AFFA “Qarabağ” və “Neftçi”ni azarkeşlərinə görə cərimələyib.
KONKRET.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Misli Premyer Liqasının XI turun “Qarabağ” – “Neftçi” oyununun 90-cı dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə 6 000 manat cərimə edilib.
Eyni zamanda, “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə bakılılar 7 000 manat cəriməyə məruz qalıb.
Bundan başqa, “Neftçi”nin azarkeşləri də matçın 84-cü dəqiqəsində meydançaya kənar əşya atıb və və bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə paytaxt klubu 3 500 manat cərimə edilib.