AZ

Daha bir qəza versiyası – Bu ölkə Türkiyəyə istifadəyə yararsız təyyarə satıb?

Türkiyə Silahlı Qüvvələrinin Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsi C-130 istifadəyə tam yararlı olub.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.

Sözçü vaxtilə Səudiyyə Ərəbistanından alınmış təyyarənin istifadəyə yararsız olması ilə bağlı medianın iddiasına belə cavab verib:

“Sözügedən təyyarə 21 yanvar 2012-ci ildə Səudiyyə Ərəbistanından alınıb, baxış və texniki xidmətlərindən sonra 2014-cü ildə inventara daxil edilib. Təyyarə modernizasiya olunaraq 2022-ci ildən istifadəyə verilib.

O vaxtdan bu günə qədər təyyarə müntəzəm texniki baxışlarla xidmətə davam edib. Amma iddia edildiyi kimi, təyyarə istifadəçi ölkə tərəfindən istifadədən çıxarılmayıb, sadəcə ehtiyacdan artıq olan bir təyyarə idi. C-130 təyyarələri hələ də Səudiyyə Ərəbistanı tərəfindən istifadə olunur”.

Zəki Aktürk təyyarənin qara qutusunun araşdırılmaq üçün dünən Türkiyəyə gətirildiyini xatırladıb: “Qəzaya uğrayan təyyarəmizə aid qara qutu araşdırılma məqsədilə ölkəmizə gətirilib. Artıq Ankarada araşdırılmağa başlanılıb”.

Qeyd edək ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.

Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.//Teleqraf.az

Seçilən
40
2
millitv.net

3Mənbələr