AZ

54 yaşlı kişi həmyerlisinə xəsarət yetirdi

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Quba rayonunda üç uşaq atası olan 54 yaşlı kişi həmyerlisinə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 11-də rayonunun Zərdabi qəsəbəsi ərazisində baş verib. 1971-ci il təvəllüdlü Əhməd aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zəfərin (adlar şərtidir – red.) bədəninin müxtəlif nahiyyələrinə yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, martın 11-də, səhər saat 8 radələrində Quba rayonundan Xaçmaz rayonu istiqamətində öz maşını ilə hərəkət edən zaman Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobil onun idarə etdiyi avtomobili keçib və qarşısında saxlayıb: “Mən də idarə etdiyim avtomobili onun yanında saxladım və nə olduğunu soruşdum. Bu zaman tanımadığım şəxs onunla prinsip aparmağımın səbəbini soruşdu. Mən isə cavab olaraq ona birinci dəfədir gördüyümü dedim. Aramızda söz mübahisəsi baş verdi və həmin şəxs məni nalayiq söyüşlərlə təhqir etdi. Mən də həmin şəxsi söydüm və maşından düşdüm. Sonradan adının Zəfər kimi bildiyi şəxs mənim qarın nahiyyəmdən vurdu. Mən də yerə yıxıldım. Sonra ayağa duraraq yumruqla onun baş nahiyyəsindən vurdum”.Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Təqsirləndirilən şəxs üzərinə Quba, Qusar və Xaçmaz rayonlarının inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
209
11
demokrat.az

10Mənbələr