AZ

Balakəndə sərxoş kişi arvadına xəsarət yetirdi

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Balakən rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətə səbəb olub. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, 1981-ci il təvəllüdlü Xəlil Səlimov birgə yaşadıqları evdə olan döşəmə silmək üçün ağac ilə arvadı İlhaməni (ad-soyad şərtidir – red.) qəsdən vurub. Hadisəni törədən X. Səlimovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən X. Səlimov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2010-cu il tarixdə Balakən şəhər sakini İlhamə ilə evlənib, bu nikahdan 2 qızı və 1 oğlu olub: “Bədənimdə ağrılar olması səbəbindən uzun müddətdir spirtli içki qəbul etmişəm. Hər dəfə spirtli içki qəbul etdikdə evdə həyat yoldaşım İlhamə ilə aramızda sözlə mübahisə olub. Hadisə günü evdə spirtli içki qəbul etdim. Həmin gün həyat yoldaşım saat 22 radələrində evə gəldi. Ondan harada olduğunu və haradan gəldiyini soruşdum. İlhamə də qonşuluqda yaşayan nənəsi Elmiranın evinə getdiyini dedi. Bundan əsəbiləşərək onu söyüb təhqir etdim. İlhamə də səsimi qonşuların eşidəcəyini və etdiyim hərəkətin düz olmadığını dedi. Bundan daha da əsəbiləşdim. Bu zaman mübahisələrimiz daha da böyüdü. Spirtli içkinin təsiri altında olduğumdan özümü idarə edə bilmədim və həyətdə olan pol ağacını götürərək turbaya vurdum. Bu zaman pol ağacı qırılaraq İlhamənin üzünə dəydi. İlhamə zərbənin təsirindən müvazinətini itirdi və yola çıxdı.  Həmin vaxtı anam və 3 övladım evdə olsalar da Şevin ikinci mərtəbəsində olması səbəbindən mənim İlhaməyə etdiklərimi görmədilər”. Balakən Rayon Məhkəməsinin hökmü ilə X. Səlimov 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Təqsirləndirilən şəxsə yaşayış yeri cəzaçəkmə müəddətində hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməsi qadağan olunub. Bu müddət ərzində ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. Həmçinin onun Balakən rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan edilib. Müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.Qeyd edək ki, X. Səlimov bundan əvvəldə mühakimə edilib. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Rayon Məhkəməsinin 2020-ci il tarixli qərarı ilə 2 ay 24 gün müddət cəzadan vaxtından əvvəl şərti azad edilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
101
14
demokrat.az

10Mənbələr