AZ

Paşinyanın Sərkisyan və Köçəryanla bağlı qərarı açıqlandı

BAKI, 14 noyabr. TELEQRAF

“2021-ci il seçkilərindən sonra Ermənistan Baş naziri Nikol Paşinyan dəfələrlə müxtəlif siyasi qüvvələri “təsir agentləri” adlandırıb”.

Teleqraf xəbər verir ki, bu barədə parlamentdəki müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Xaçaturyan deyib.

Deputatın sözlərinə görə, baş nazir bu cür bəyanatları artıq beş-altı ildir səsləndirir:

“Daim prokurorluq və hüquq-mühafizə orqanlarına sorğular göndərilir ki, belə məlumatlar alınıbmı və bu cür hallar aşkar olunubmu, amma heç bir cavab olmayıb. Ya Nikol Paşinyan həmin təsir agentlərinin kim olduğunu açıqlayacaq və bununla da məhkəmədə öz sözlərini müdafiə edəcək, ya da hüquq-mühafizə orqanları müxtəlif şəxsləri izləmək üçün məcburiyyət qarşısında qalaraq öz addımlarını atacaq”.

Xaçaturyan Paşinyanın gec-tez müəyyən siyasi partiyaları qadağan edə biləcəyini də istisna etmir.

Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl parlamentdəki çıxışında sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı “xarici ölkənin təsir agentləri” adlandırıb. Onun sözlərinə görə, məhz bu şəxslərin səyləri nəticəsində Ermənistan 2018-ci ilədək başqa ölkənin (Rusiyanın) forpostu olub.

Baş nazir onların rəhbərlik etdiyi qüvvələrin gələn il keçiriləcək seçkilərdə məğlub olacağını və parlamentdən kənarda qalacağını da söyləyib: “Bu məsələ həll edilməlidir. Mənim təəssüratım budur ki, bu boşluq aradan qaldırılmalıdır və bunu həll etməyin yolu yaxın zamanda keçiriləcək parlament seçkilərində bu şəxslərin rəhbərlik etdiyi qüvvələrin parlamentdə olmamasıdır. Həll yolu budur. Hesab edirəm ki, vaxtı çatıb, bu məsələ həll olunmalıdır”.

Seçilən
225
50
teleqraf.com

10Mənbələr