DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir.
Sportal.az xəbər verir ki, L qrupunda Xorvatiya milli komandası doğma meydanda Farer Adalarını qəbul edib. Qarşılaşma "damalılar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 19-a yüksəldən Xorvatiya yığması mundiala vəsiqəni təmin edib. İkinci yerdə olan Çexiyanın 13 xalı var.
Qeyd edək ki, dünya çempionatı gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək.
saytlarin hazirlanmasi