İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turunda Gürcüstan millisini məğlub edib.
Publika.az xəbər verir ki, Tbilisidəki Boris Paiçadze adına stadionda keçirilən görüş 4:0 hesabı ilə başa çatıb. Mikel Oyarzabal iki dəfə fərqlənərək 11-ci dəqiqədə penalti ilə hesabı açıb, Martin Zubimendi və Ferran Torres də fərqlənib.
Ardıcıl 5-ci qələbəsini qazanan İspaniya yığması növbəti matçında noyabrın 18-də doğma meydanda Türkiyə ilə qarşılaşacaq. Bu, seçmə mərhələdə 4-cü məğlubiyyəti olan Gürcüstan həmin gün səfərdə Bolqarıstanla qarşılaşacaq.
2026 FIFA Dünya Kuboku 23-cü FIFA Dünya Kubokudur, final turniri 2026-cı ilin iyun və iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək. Finalın iyulun 19-da keçirilməsi nəzərdə tutulub. Əvvəlcə final turnirində adi 32 komandanın iştirakı nəzərdə tutulurdusa, 2017-ci il yanvarın 10-da FİFA Prezidenti Canni İnfantino iştirakçıların sayının 48-ə yüksəldiyini açıqlamışdı.