Daşkənd. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın15-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub.
Trend xəbər verir ki,Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qərarı ilə təsis edilənİslam Sivilizasiyası Mərkəzinin təməli 2018-ci ildə qoyulub.Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, həmçinindini və ictimai xadim iştirak edib. Səmərqənd şəhərinin qədimmemarlıq abidələri üslubunda hazırlanmış mərkəz 10 hektardan çoxərazini əhatə edir. Binada 65 metr hündürlüyündə günbəz inşaolunub. Mərkəzə tədqiqat, nadir əlyazmaların milli reyestrininaparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyatşöbələri və digər şöbələr daxildir.
Buradakı sərgi qalereyasında müxtəlif tarixi dövrlərə aidəşyalar və əsərlər təqdim olunur, əcdadların yaradıcılıq potensialımüasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayişetdirilir.
Mərkəzin binasında, həmçinin 100 min əlyazma və bir milyondançox kitab daxil olmaqla, nəhəng kitabxana və İslam SivilizasiyasıMərkəzinin elmi şöbəsi, beynəlxalq təşkilatların ofisləri yerləşir.Mərkəzin muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”,“Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdəÖzbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və“Müqəddəs Quran” adlı zallardan ibarətdir.
Ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalındamüsəlman dünyasının mənəvi incisi – “Osman Quranı” saxlanılır.Zalda Samanilər, Qaraxanlılar, Xarəzmşahlar, Teymurilər və digərsülalələr dövründə yazılmış Quranın əlyazma nüsxələri, həmçininonların özbək dilinə tərcümələri təqdim olunur. Mərkəzdədini-maarifləndirici və innovativ media layihələrireallaşdırılıb.
Holoqrafiya, qurğular və proyeksiya texnologiyalarının köməyiilə “Zaman divarı” nəhəng multimedia panelində müxtəlif dövrlərinən mühüm tarixi mərhələləri, böyük kəşflər və görkəmli şəxsiyyətlərbarədə məlumat verilir. Bu Mərkəz UNESCO və ICESCO da daxilolmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələriqurub.