AZ

Maduro amerikalılara müharibə ilə bağlı çağırış edib

Venesuela Prezidenti Nikolas Maduro Amerika xalqını Karib dənizində müharibənin qarşısını almağa çağırıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Nikolas Maduro potensial silahlı münaqişəni bütün Amerika üçün faciə adlandırıb.

O, Vaşinqtonun hərəkətlərinin bütün insanlığa qarşı yönəldiyini bildirib.

Bir gün əvvəl Pentaqon Qərb yarımkürəsində “Cənubi nizə” əməliyyatının başladığını elan edib. 

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı əlavə addımlar barədə qərar qəbul etdiyini söyləsə də, atılacaq addımları açıqlamayıb. 

Venesuela Prezidenti Nikolas Maduro milli televiziyada çıxış edərək amerikalıları ABŞ silahlı qüvvələrini respublika sahillərinə yerləşdirilməsinin qarşısını almağa çağırıb:

“Amerika Birləşmiş Ştatları xalqına müraciət edirəm: Cənubi Amerikada və Karib hövzəsində bombalamaq, öldürmək və müharibəyə başlamaq əmri verənlərin dəli əllərini dayandırın. Müharibəni dayandırın - müharibəyə yox!”, - Nikolas Maduro belə deyib. 

O, amerikalıları bütün Amerika üçün faciəyə çevrilə biləcək şeyləri dayandırmağa çağırıb. 

Maduro həmçinin Vaşinqtonun hərəkətlərini təkcə Venesuelaya deyil, həm də “bütün bəşəriyyətə qarşı yönəlmiş insan haqlarının pozulması” adlandırıb və ingilis dilində “Venesuela sülh istəyir” şüarını təkrarlayıb.

Seçilən
56
50
cebheinfo.az

10Mənbələr