Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası artıq Venesuela prezidenti Nikolás Maduro və onun yaxın çevrəsinin hansı ölkəyə göndərilə biləcəyini müzakirə etməyə başlayıb. Bu barədə Politico öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət xüsusilə Türkiyə, Rusiya, Azərbaycan və Kuba kimi ölkələrdən gedir. Nəşrin məlumat verdiyi kimi, Tramp komandasının daxilində Maduroya Venesuelanı təhlükəsiz şəkildə tərk etmək imkanı yaratmaq ideyası dəyərləndirilir.
Politico yazır ki, administrasiya hazırda mümkün siyasi tranzit və keçid prosesini sürətləndirmək üçün müxtəlif ssenarilər üzərində işləyir.
Əlavə detallar açıqlanmayıb.
Musavat.com