Fransa Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanat yayıb.
“Fransa 13-14 noyabr gecəsi Rusiyanın əsasən Ukraynanın paytaxtı Kiyevi, o cümlədən Azərbaycan səfirliyini hədəf alan kütləvi hücumlarını qətiyyətlə pisləyir”, - bəyanatda qeyd edilib.
Qeyd edək ki, 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisinə düşüb.
Səfirliyin ərazisinin hasarının bir hissəsi tamamilə dağılıb, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsi zədələnib, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulub, bu zərbə insan tələfatına səbəb olmayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta