AZ

Fransa Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib

Fransa 13-14 noyabr gecəsi Rusiyanın əsasən Ukraynanın paytaxtı Kiyevi, o cümlədən Azərbaycan səfirliyini hədəf alan kütləvi hücumlarını qətiyyətlə pisləyir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

“Fransa noyabrın 13-dən 14-nə keçən gecə Rusiyanın ilk növbədə Ukraynanın paytaxtı Kiyevi, onun enerji obyektlərini, yaşayış məntəqələrini, Azərbaycan səfirliyini və xəstəxananı hədəf alması nəticəsində çoxsaylı insan tələfatı və yaralananların, o cümlədən uşaqların da olduğu kütləvi aviazərbələri qəti şəkildə pisləyir", - bəyanatda qeyd edilib.

Bildirilib ki, təxminən 430 pilotsuz uçan aparat və 18 raketin iştirak etdiyi bu irimiqyaslı zərbələr daha da eskalasiya təşkil edir və əlavə sübuta ehtiyac olarsa, Rusiyanın sülh istəyinin olmadığını nümayiş etdirir.

"Fransa Ukrayna, onun xalqı və hakimiyyət orqanları, Azərbaycan səfirliyinin əməkdaşları ilə tam həmrəy olduğunu bildirir. O, Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edir. O, bütün tərəfdaşları ilə birlikdə Ukraynaya dəstəyini artırmaq və müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi gücləndirmək öhdəliyini davam etdirəcək?" , - Fransa XİN əlavə edib.

"Cebheinfo.az"

Seçilən
12
13
cebheinfo.az

10Mənbələr