AZ

Şəkidə 24 yaşlı oğlan 50 yaşlı kişini qətlə yetirdi Hadisənin TƏFƏRRÜATI/red]

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şəkidə 50 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Avtosfer.az-ın məlumatına görə, hadisə zamanı qətlə yetirilən 50 yaşlı Mehman Bayramov və cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov Turan qəsəbəsinin sakinləridir. M. Bayramov ailəli olub, S. Heydərov isə subaydır.

Məlumata əsasən, Mehman Bayramov qəsəbədə fəaliyyət göstərən kafeyə sahiblik edir və onu şəxsən özü idarə edirdi. Sədi Heydərov isə təxminən iki həftə əvvəl həmin kafedə ofisiant kimi işə qəbul olunmuşdu.

Hadisə elə M. Bayramovun kafesində baş verib. Müdir və ofisiant arasında yaranan mübahisə nəticəsində S. Heydərov üzərindəki kəsici alətlə M. Bayramova ağır xəsarətlər yetirib. Nəticədə kafedəki mübahisə 50 yaşlı kişinin qətlə yetirilməsi ilə başa çatıb.

***

Noyabrın 15-də saat 18 radələrində Şəki rayonunun Turan qəsəbəsi ərazisində qətl hadisəsi törədilib. Avtosfer.az xəbər verir ki, 50 yaşlı Mehman Bayramov kəsici alətlə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov könüllü olaraq polisə təslim olub. 

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
7
avtosfer.az

10Mənbələr